Asya Rovshen Academy” MMC təhsil və təlim xidmətləri göstərən müəssisə kimi öz fəaliyyətini ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sisteminə uyğun olaraq planlaşdırır, həyata keçirir və nəzarətdə saxlayır. Şirkətin əsas məqsədi müştərilərin, tələbələrin və digər maraqlı tərəflərin tələblərinə uyğun, sabit və ölçülə bilən keyfiyyətdə tədris xidmətləri göstərməkdir.
Academiya göstərdiyi bütün xidmətlərin Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, müştərilərlə bağlanmış müqavilə şərtlərinə və ISO 9001:2015 standartının tələblərinə uyğun olmasını təmin edir. Tədris proqramlarının hazırlanması, müəllimlərin seçilməsi, təlimlərin keçirilməsi və nəticələrin qiymətləndirilməsi planlı və sənədləşdirilmiş proseslər əsasında həyata keçirilir və bu proseslərin effektivliyi mütəmadi olaraq ölçülür və təhlil olunur.
“Asya Rovshen Academy” MMC müştəri məmnuniyyətini keyfiyyətin əsas göstəricisi kimi qəbul edir və tələbə rəyləri, şikayətlərin analizi və tədris nəticələrinin göstəriciləri əsasında xidmətlərini davamlı olaraq təkmilləşdirir. Keyfiyyətə təsir göstərə bilən risklər əvvəlcədən müəyyən edilir və onların qarşısının alınması üçün uyğun idarəetmə tədbirləri tətbiq olunur.
Akademiyanın müəllim və əməkdaşlarının səriştəliliyi, bilik və bacarıqları tədris keyfiyyətinin əsas şərti kimi qəbul edilir və bu sahədə davamlı inkişaf təmin olunur. Bütün əməkdaşlar öz vəzifə və məsuliyyətlərini başa düşür və Keyfiyyət İdarəetmə Sisteminin tələblərinə uyğun fəaliyyət göstərirlər.
Şirkət rəhbərliyi Keyfiyyət Siyasətinin həyata keçirilməsinə, məqsədlərin müəyyən edilməsinə və zəruri resursların ayrılmasına tam öhdəlik götürür və Keyfiyyət İdarəetmə Sisteminin effektivliyinə görə məsuliyyət daşıyır. Bu siyasət “Asya Rovshen Academy" MMC-də fəaliyyət göstərən bütün işçilər üçün məcburidir və mütəmadi olaraq nəzərdən keçirilərək yenilənir.